DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
15.05.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Yasamal RPİ 28-ci PB əməkdaşları Bakı şəhər sakini Cəfər Cavadovdan 4,67 qram həşiş, Səbail RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Süleyman Mehdiyevdən 35,5 qram həşiş, Sumqayıt ŞPİ əməkdaşları şəhər sakini Natiq Yaqnalıyevdən 0,012 qram heroin, Şirvan ŞPŞ əməkdaşları şəhər sakini Ramil Hacıyevdən 0,373 qram heroin, Kəpəz RPŞ əməkdaşları Samux rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Əliyevdən 19,38 qram marixuana götürmüşlər. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bahadur Bünyadovun narkotik vasitəni Zığ kənd sakini, əvvəllər məhkum olunmuş Şahmurad Həsənovdan alması müəyyən edilmiş, S.Həsənov tutulmuş, ondan 0,238 qram heroin götürülmüşdür. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Tahirovun narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Tahirovdan alması müəyyən edilmiş, T.Tahirov tutulmuş, ondan 0,245 qram heroin götürülmüşdür. DİN Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xızı rayon sakini Əlican Ağayevdən 17,22 qram marixuana götürülmüş və sonrakı araşdırmalar aparılması üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə təhvil verilmişdir.