Ağcabədi rayon sakinləri E.Təhməzov və E.Mamedovun həyətlərindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
11.06.2022Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon sakinləri E.Təhməzovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 76 ədəd çətənə kolu və 1,5 kiloqram marixuana, E.Mamedovun həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 71 ədəd çətənə kolu və 50 qram marixuana aşkar edilərək götürülüb.