Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonu ərazisində Sübhan Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən İlham Xanlarov tutularaq istintaqa təhvil verilib

09.06.2022

Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilən ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.  
Belə ki, iyunun 9-da saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  
İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
Hazırda cinayət işi üzrə istintaq davam edir.

09.06.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nın açılması təmin olunub 09.06.2022
  • Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 26-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub 09.06.2022
  • Sabunçu rayonu ərazisində Sübhan Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən İlham Xanlarov tutularaq istintaqa təhvil verilib 09.06.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb 09.06.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini H.Təvəkkülov müəyyən edilərək  saxlanılıb 09.06.2022
  • Saatlı rayonunun Mollavaizli kənd sakini E.Əzizovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb 09.06.2022
  • Əkin sahəsindən kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb 09.06.2022
  • Yabanı halda bitən 217  kiloqram çəkidə 7000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib 09.06.2022
  • Neftçala rayonunun Kürkənd kənd sakini F.Nağıyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 12 ədəd çətənə kolu və 45 qram marixuana aşkar edilərək götürülüb 09.06.2022
  • Cəbrayıl rayonunun Qumlaq kəndində yol-nəqliyyat hadisəsi 09.06.2022
  • Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi 09.06.2022
  • Beyləqan rayonunun Bolsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi 09.06.2022