Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Land-Rover” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur
06.06.2022İyunun 6-da sat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Eyvazov ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.