Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış paytaxt sakini Nazim Nağıyev yerləşdirildiyi xəstəxanda ölmüşdür
04.06.2022İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.