Səbail rayonu ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Həsənov saxlanılıb
23.05.2022Mayın 22-də saat 23 radələrində Səbail rayonu ərazisindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən Səbail Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Həsənovu saxlayıblar. O, araşdırma aparılması üçün 41-ci Polis Bölməsinə təhvil verilib.