Oğurluq etməkdə şübhəli bilinən Babək rayon sakini R.Əhmədov və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılmışlar
22.05.2022Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əhmədov və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.