Gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.05.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 88 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılmışdır.