Xızı rayonu ərazisində “VAZ-2121” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədov vurulmuşdur
19.05.2022Mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuş, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurmuşdur. T.Məmmədov hadisə yerində ölmüş, hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir.
Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.