Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib 

08.04.2022

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və tanışı Gülnarə Nəsirova saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. 
Baş İdarə əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində keçirilən daha bir tədbir zamanı  üzərində qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilinən Bəhmən İbrahimov saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "TT" markalı tapança, 8 ədəd patron və patron darağı aşkar olunub. 
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

 

08.04.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır 08.04.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb 08.04.2022
  • Şəmkir şəhər sakini S.Abdullayevə bıçaqla ölümcül xəsarət yetirməkdə şübhəli bilinən R.Bağırov tutularaq istintaqa təhvil verilmişdir 08.04.2022
  • Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini N.Abbasovaya qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən E.Aslanov saxlanılmışdır 08.04.2022
  • Göyçay şəhəri ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Rüstəmov saxlanılmışdır 08.04.2022
  • Abşeron rayonunun Novxanı kəndi ərazisindəki evlərin birindən pul, seyf və ov tüfəngini oğurlamaqda şübhəli bilinən C.Əhmədov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir 08.04.2022
  • Binəqədi qəsəbəsi ərazisindəki 2 evdən və 1 şirkətin ərazisindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov saxlanılmışdır 08.04.2022
  • Goranboy rayonunun Goranlı kəndində yaşayan S.Rəhimovun həyətindən 10 baş qoyununu oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakinləri H.Xıdırov və O.Salmanov saxlanılmışlar 08.04.2022
  • Bakı şəhər sakini R.Cəfərovdan 4 kiloqrama yaxın heroin və 400 qram metamfetamin götürülmüşdür 08.04.2022
  • Şabran şəhər sakini M.Babayevin evindən qaz tapançası və onun ləvazimatları aşkar edilərək götürülmüşdür 08.04.2022
  • Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində “Chery” markalı avtomobil kanala aşmışdır 08.04.2022
  • Səbail rayonu Azadlıq prospektində “Kia Sportage” markalı avtomobillə yolu keçən paytaxt sakini O.Əliyeva vurulmuşdur 08.04.2022
  • Narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib  08.04.2022
  • Paytaxtın mərkəzində narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb 08.04.2022
  • Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 08.04.2022
  • Binəqədi rayonunda 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanııb 08.04.2022