Cəlilabad rayonunun Sarxanlı kənd sakini Südabə Həsənovanı öldürməkdə şübhəli bilinən qayını M.Həsənov tutularaq istintaqa təhvil verilmişdir
31.03.2022Cəlilabad Rayon Polis Şöbəsinə martın 31-də saat 20 radələrində Sarxanlı kənd sakini 49 yaşlı Südabə Həsənovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla qadının ərinin qardaşı M.Həsənov tərəfindən münaqişə zəminində bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Əməliyyat-axtarış tədbirləri nəticəsində M.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.