Soyğunçuluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini M.Hüseynova müəyyən edilərək tutulmuşdur
31.03.2022Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə martın 31-də rayon ərazisindəki evlərin birindən 300 manat dəyərində gümüş və bijuteriya əşyalarının açıq talama yolu ilə aparılması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Hüseynova müəyyən edilərək tutulmuşdur.
Faktla əlaqədar cinayət işi başlanmışdır.