Gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.03.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılmışdır.