Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır

26.03.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.

26.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır 26.03.2022
  • Gəncə şəhər sakini Abbas Əliyevi bıçaqla qətlə yetirmiş E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilmişdir 26.03.2022
  • Binəqədi rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 26.03.2022
  • Mingəçevir şəhər sakini P.Bayramovdan nömrəsi silinmiş avtomat və 30 ədəd patron götürülmüşdür 26.03.2022
  • Səbail rayonu ərazisindəki mənzillərin birindən pul oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini M.İbrahimov saxlanılmışdır 26.03.2022
  • Nərimanov rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən T.Qasımov avtomobillə birgə Salyan rayonu ərazisində saxlanılmışdır 26.03.2022
  • Yasamal rayonu ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynzadə saxlanılmışdır 26.03.2022
  • Bakı şəhər sakini S.Ağazadədən quldurluq yolu ilə mobil telefonunu talamaqda şübhəli bilinən V.Cəfərov saxlanılmışdır 26.03.2022
  • Zərdab rayon sakini N.Məlikovdan ov tüfəngi götürülmüşdür 26.03.2022
  • Neftçala şəhər sakini F.Əliyev neftlə özünü yandırmaq cəhdinin qarşısı alınmışdır 26.03.2022
  • Mingəçevir şəhər sakini Ə.Rzayevin özünü körpüdən Kür çayına atmaq cəhdinin qarşısı alınmışdır 26.03.2022
  • Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan və 400 metr internet kabelini kəsərək oğurlayan şəxslər saxlanılıblar 26.03.2022