Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb 

28.03.2022

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. İdarəyə paytaxt sakini əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.

28.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır 28.03.2022
  • Paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi avtomobillə Sabirabad rayon sakini R.Nəsirovu vurmuş Bakı şəhər sakini A.Bağırov saxlanılmışdır 28.03.2022
  • Hacıqabul rayon sakini R.Bağırovdan 480 qram marixuana götürülmüşdür 28.03.2022
  • Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini O.İsmayılzadə saxlanılmışdır 28.03.2022
  • Nəsimi rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən O.İsmayılzadə saxlanılmışdır 28.03.2022
  • Sumqayıt şəhərinin S.Vurğun küçəsində “Hyundai” markalı avtomobildən çanta oğurlamaqda şübhəli bilinən G.Əsədov saxlanılmışdır 28.03.2022
  • Xırdalan şəhəri ərazisində iki mopedi oğurlamaqda və bir motosikleti qaçırmaqda şübhəli bilinən şəhər sakini R.Abbasquliyev saxlanılmışdır 28.03.2022
  • Cəbrayıl rayonu ərazisində saxlanılmış bir qrup şəxsdən narkotik vasitələr və odlu silah aşkar edilərək götürülmüşdür 28.03.2022
  • Ağdam rayon sakini M.Şirinovanın həyətindən 2 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 28.03.2022
  • Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən, həmçinin polisə müqavimət göstərən sürücü və sərnişin saxlanılıb 28.03.2022
  • Salyan rayonunun Pambıqkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi 28.03.2022
  • Bakıda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb  28.03.2022