Oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun törətdiyi digər cinayət əməlləri müəyyən olunmuşdur
19.03.2022Sabunçu RPİ-nin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Ramana qəsəbəsində daha 19 evdən hər birinin qiyməti 280 manat olan qaz sobalarını oğurlamaları da müəyyən olunmuşdur.