Quldurluq etməkdə şübhəli bilinən Xaçmaz rayonunun Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılmışdır
17.03.2022Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.