Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
16.03.2022Martın 16-da saat 1 radələrində Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində Goranboy rayon sakini Şamil Gülmalıyevin idarə etdiyi “Dacia Logan” və Abşeron rayon sakini U.Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Gülmalıyev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.