Oğurluqda şübhəli bilinərək saxlanılan Bakı şəhər sakinləri S.Əhmədov və R.Səfərovun əvvəllər törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
16.03.2022Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılan Bakı şəhər sakinləri S.Əhmədov və R.Səfərovun ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri ilə onların 2021-ci il iyunun 4-dən 24-dək olan müddətdə Ramana qəsəbəsindəki 10 mənzildən hər birinin qiyməti 280 manat olan qaz sobalarını oğurlamaları da müəyyən edilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanmışdır.