Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

14.03.2022

Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölıməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, İbrahim Əhmədov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub.
Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

14.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır 14.03.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Qurbanov müəyyən edilərək saxlanılmışdır 14.03.2022
  • Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini V.Bağırov saxlanılmışdır 14.03.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Məmmədov saxlanılmışdır 14.03.2022
  • Oğurluqda şübhəli bilinən Sumqayıt sakini T.Əliyev saxlanılmışdır 14.03.2022
  • İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilmişdir 14.03.2022
  • Kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür 14.03.2022
  • Oğurluqda şübhəli bilinən Xaçmaz rayonunun Nabran kənd sakini E.Kərimova saxlanılmışdır 14.03.2022
  • Oğurluğa cəhd göstərmiş Daşkəsən rayon sakinləri E.Əsgərov, N.Məmmədov, V.Alıyev və E.İmamverdiyev saxlanılmışlar 14.03.2022
  • Mingəçevir şəhər sakini P.Bayramovdan 460 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür 14.03.2022
  • Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb 14.03.2022
  • Xəzər rayonu Zirə və Türkan qəsəbələrində narkotacirlər saxlanılıblar 14.03.2022
  • Sumqayıt şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb 14.03.2022