Abşeron rayonunun Novxanı kəndi ərazisindən “Mitsubishi” markalı avtomobili qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş V.Quliyev saxlanılmışdır
06.03.2022Martın 5-də saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Quliyev Sumqayıt şəhər sakini K.Məmmədliyə məxsus “Mitsubishi” markalı avtomobili qaçırmış və idarə edərkən dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə vurmuşdur.
V.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Abşeron RPİ-də araşdırma aparılır.