Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb

05.03.2022

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də saat 18 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində Cəlilabad rayon sakini Ceyhun İmanov idarə etdiyi “Tofaş” markalı avtomobillə manevr qaydasını pozduğuna və təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmışdır. 
Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmişdir. Sürücü və sərnişinləri - qardaşı Ş.İmanov və Bakı şəhər sakini Ə.Axundov Salyan Rayon Polis Şöbəsinə təhvil verilmişlər.
Şəxsi axtarış zamanı C.İmanovdan 10 qramdan artıq metamfetamin və 14 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır. 

05.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır 05.03.2022
  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb 05.03.2022
  • Bakı şəhər sakini E.Bayramovanı bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən T.Əhmədov saxlanılmışdır 05.03.2022
  • Sumqayıt şəhəri ərazisində 2 mağazadan mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəhər sakini R.Piriyev saxlanılmışdır 05.03.2022
  • Şəmkir rayonunun Könüllü kəndi ərazisində “Mercedes” markalı mikroavtobus və “KamAZ” markalı avtomobil toqquşmuşdur 05.03.2022
  • Yasamalda son 15 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 21 nəfər saxlanılıb 05.03.2022
  • Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi 05.03.2022