Avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Hətəmli müəyyən edilərək saxlanılmışdır
04.03.2022Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə cari il fevral ayının 28-dən martın 4-dək olan müddətdə Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Mehdiyevə məxsus "KamAZ" markalı avtomobildən akkumulyatorun oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Hətəmli müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral-mart aylarında qəsəbə ərazisində "MAZ", "MAN" və "DAF" markalı daha 3 yük avtomobilinin akkumulyatorlarını oğurlaması da müəyyən olunmuşdur.
Araşdırma aparılır.