Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır

03.03.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 62 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılmışdır.

03.03.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır 03.03.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 03.03.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb  03.03.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini A.Qurbanov müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Oğurluq tetməkdə şübhəli bilinən Göyçay şəhər sakini E.Fərzəliyev müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.03.2022
  • Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində yol-nəqliyyat hadisəsi 03.03.2022
  • Masallı rayon sakinləri Ə.Məmmədovdan 1 kiloqram 2 qram heroin və 20 ədəd metadon həbi və İ.Tağıyevdən 6 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür 03.03.2022
  • 3 avtomobildən  akkumulyator oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini Z.Məmmədov saxlanılmışdır 03.03.2022
  • 2 avtomobildən 700 manat dəyərində akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Fərəcov saxlanılmışdır 03.03.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ə.Səmədzadə müəyyən edilərək saxlanılmışdır 03.03.2022
  • Saatlı rayon sakini Ə.Həsənova məxsus 172 qrama yaxın heroin, 480 qramdan artıq metamfetamin və 1 kiloqram 715 qram marixuana aşkar edilərək götürülmüşdür 03.03.2022
  • Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən daha 10 nəfər həbs edilib 03.03.2022