Ağcabədi şəhər sakini M.Quliyevə məxsus avtomobilin qaçırılması və qəza törədilməsi müəyyən edilmişdir
27.02.2022Ağcabədi Rayon Polis Şöbəsinə fevralın 27-də şəhər ərazisindən şəhər sakini M.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobilin Rəncbərlər kənd sakini R.Əsədov tərəfindən qaçırılması, Hindarx qəsəbəsi ərazisində idarə edərkən qəsəbə sakinləri Ş.Quliyevə məxsus “İJ” və S.Səfərova məxsus “VAZ-2101” markalı avtomobilləri vurduqdan sonra mağazalardan birinin divarına çırpması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.
Ağcabədi RPŞ-də araşdırma aparılır.