Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

21.02.2022

Fevralın 21-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2  nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

21.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır 21.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 21.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 21.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 67 toy şənliyinin monitorinqi həyata keçirilib 21.02.2022
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 21.02.2022
  • Suraxanı rayonu ərazisində İ.Cavadova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilmişdir 21.02.2022
  • Kürdəxanı qəsəbəsi ərazisindəki evlərdən birinin darvazasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov və Neftçala rayon sakini R.Zeynalov saxlanılmışlar 21.02.2022
  • Xırdalan şəhəri ərazisində inşası başa çatmamış bir evin həyətindən inşaat materiallarını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini E.Murtuzayev və Lənkəran rayon sakini F.Şərifov saxlanılmışlar 21.02.2022
  • Narkotik vasitələrin satışında şübhəli bilinən Bakı şəhər sakinləri S.Tumaszadə və Q.Məmmədov saxlanılmışlar 21.02.2022
  • Astara rayon sakini T.Əliyevdən küllli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür 21.02.2022
  • Quba rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini S.Babaverdiyev saxlanılmışdır 21.02.2022
  • Gəncə şəhəri ərazisində “VAZ-21011” markalı avtomobil divara çırpılmışdır 21.02.2022
  • Su Polisləri tərəfindən Ələt qəsəbəsində “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb 21.02.2022