Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır
14.02.2022Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılmışdır.
Siyəzən RPŞ-də araşdırma aparılır.