Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz şəhər sakini E.Əlmuradova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Yusifov müəyyən edilərək saxlanılmışdır

12.02.2022

Xaçmaz Rayon Polis Şöbəsinə fevralın 12-də saat 1 radələrində şəhər sakini E.Əlmuradova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Müqtədir qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Yusifov müəyyən edilərək saxlanılmışdır. 
Xaçmaz RPŞ-də araşdırma aparılır.

12.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır 12.02.2022
  • Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzildən nömrəsi silinmiş tapança, Cəbrayıl rayon sakini Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə əl qumbarası götürülmüşdür 12.02.2022
  • Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini Eynulla İbadova münaqişə zəminində ölümcül xəsarət yetirməkdə şübhəli bilinən qəsəbə sakini Y.Quliyev tutularaq istintaqa təhvil verilmişdir 12.02.2022
  • Metronun “28 May” stansiyasında Gəncə şəhər sakini M.Cəfərovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xəlilov saxlanılmışdır 12.02.2022
  • Yeni Suraxanı qəsəbəsindəki evlərin birindən soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Qasımov saxlanılmışdır 12.02.2022
  • Xaçmaz şəhər sakini E.Əlmuradova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən M.Yusifov müəyyən edilərək saxlanılmışdır 12.02.2022
  • Bərdə şəhər sakini A.Əzimova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Sadıqsoy saxlanılmışdır 12.02.2022
  • Ağdaş şəhəri ərazisində “Chevrolet” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur 12.02.2022
  • Göyçay şəhəri ərazisində “BMW” markalı avtomobillə şəhər sakini T.Hüseynova və oğlu vurulmuşlar 12.02.2022
  • Nərimanov rayonu ərazisində “KİA” markalı avtomobillə Bakı şəhər sakini N.Abdiyev vurulmuşdur 12.02.2022
  • Abşeron rayon sakinləri N.Hüseynov, T.Nuriyev və S.Vahidovdan ümumilikdə 5 kiloqramdan artıq heroin götürülmüşdür 12.02.2022
  • Paytaxtın 3 rayonunda narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyatlar keçirilib 12.02.2022