Lökbatan qəsəbə sakini Oruc Nəcəfovu küt alətlə qətlə yetirmiş Əmrah Mövludov tutulmuşdur
29.04.2008Aprelin 11-də Qaradağ rayonunun Güzdək qəsəbəsindəki "Rafiq-R" firmasına məxsus Əhəng-Daş Karxanasında, oranın gözətçisi, Lökbatan qəsəbə sakini Oruc Nəcəfovun küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Əmrah Mövludov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.