Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
11.02.2022DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 10-da Sumqayıt şəhər sakini Vüqar Hümbətəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onun barəsində protokol tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarı ilə V.Hümbətəliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.