Şəki şəhəri ərazisində Bakı şəhər sakini E.Rəsulzadə idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur
11.02.2022Fevralın 11-də saat 15 radələrində Şəki şəhəri ərazisində Bakı şəhər sakini E.Rəsulzadə idarə etdiyi “Kia” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinləri - həyat yoldaşı Səbinə və oğlu Eldar hadisə yerində ölmüş, özü və qızı isə xəstəxanaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.