İmişli rayon sakini Rüstəm Vəliyev sərxoş halda ov tüfəngindən açdığı atəş nəticəsində aldığı xəsarətdən ölmüşdür
29.04.2008Saat 00.10 radələrində İmişli rayonundakı M.Əzizbəyov küçəsində yaşayan Rüstəm Vəliyev sərxoş halda qardaşı Azayın evində olarkən ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Vəliyev orada ölmüşdür. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.