Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

08.02.2022

Fevralın 8-də polis əməkdaşları tərəfindən respublika ərazisində 20 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1  nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

08.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır 08.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 08.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqi həyata keçirilib 08.02.2022
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb 08.02.2022
  • Bakı şəhər sakini L.Sadıqovaya zor tətbiq edib mobil telefonunu almaqda şübhəli bilinən K.Fərhadlı və V.Əlizadə müəyyən edilərək saxlanılmışlar 08.02.2022
  • Bakı şəhər sakini S.Həsənquliyevdən heroin və metamfetamin aşkar edilmişdir 08.02.2022
  • Paytaxtın Binəqədi rayonu ərazisində saxlanılan Salyan rayon sakini T.Abdullayevdən heroin aşkar edilmişdir 08.02.2022
  • Soyğunçuluq etdiyinə görə tutulmuş R.Qasımovun Yasamal rayonu ərazisində bir aptekdən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir 08.02.2022
  • Suraxanı rayonu ərazisindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən A.Qiladov saxlanılmışdır 08.02.2022
  • Sumqayıt şəhər sakini M.Əliyevdən silah-sursat aşkar edilərək götürülmüşdür 08.02.2022
  • Kürdəmir rayonu ərazisində saxlanılmış “Changan” markalı avtomobildən 1 kiloqramdan artıq heroin və 365 qram marixuana götürülmüşdür 08.02.2022
  • Tərtər rayonunun Qarağacı kənd sakini İ.Qurbanovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 08.02.2022
  • Yasamal rayonunda 5000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb 08.02.2022
  • İstifadəyə yararsız 4 ton at və mal əti satışını həyata keçirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar 08.02.2022