Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində “BMW”, “VAZ-21074” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
05.02.2022Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşmuşdur. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölmüş, xəsarət almış digər 3 nəfər isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.