Bakı şəhər sakini A.Hüseynlidən metamfetamin aşkar edilmişdir
04.02.2022Yasamal RPİ 28-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini A.Hüseynli saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Ətrafında aparılan tədbirlərlə onun E.Qurbanova qarşı xuliqanlıq etməsi və bir evdən 300 manat pul oğurlaması da müəyyən edilmişdir.