Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini S.Nəsrullayev saxlanılmışdır
04.02.2022Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-nə keçən gecə Quba şəhəri ərazisindəki bazarda mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini S.Nəsrullayev saxlanılmışdır. Araşdırmalarla onun həmin gün şəhər ərazisindəki bir aptekdən və bir dəftərxana ləvazimatları satışı mağazasından oğurluğa cəhd göstərməsi və bazardakı bir mağazadan 310 manat pul oğurlaması da müəyyən edilmişdir.