Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qəbələ rayonun Vəndam qəsəbəsində yol-nəqliyyat hadisəsi

27.04.2008

Saat 22.30 radələrində Qəbələ rayonun Vəndam qəsəbəsində Laçın rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi "Kamaz" markalı və Qəbələ rayon sakini Adil Babayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə A.Babayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, arvadı Məlahət, qızı Manisə, oğlanları Nurlan, Elvin, qohumları Qabil və Günel isə xəstəxanaya yerləşdirilmişlər. Qəbələ RPŞ tərəfindən araşdırmalar aparılır.