Sumqayıt şəhər sakini V.Şıxalıyevdən 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
29.01.2022Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şıxalıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.