Gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır
30.01.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılmışdır.