Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 2 ədəd xalçanı oğurlamaqda şübhəli bilinən şəxslərdən ikisi saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
27.01.2022Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsindəki evlərin birindən yanvarın 19-dan 26-dək olan müddətdə 3000 manat dəyərində 2 ədəd xalçanın oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.