Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı Qaradağ və Beyləqan rayonlarında əməliyyatlar keçirib

27.01.2022

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. 
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov saxlanılıblar. Onlar birgə 1 ədəd “PKM” modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

27.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 94 cinayətin üstü “isti izlər”lə açılmışdır 27.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 27.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 27.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 81 toy şənliyinin monitorinqi həyata keçirilib 27.01.2022
  • Xətai rayonunun Sarayevo küçəsində “Ford” markalı avtomobillə Bakı şəhər sakini V.Quliyeva vurulmuşdur 27.01.2022
  • Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 2 ədəd xalçanı oğurlamaqda şübhəli bilinən şəxslərdən ikisi saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir 27.01.2022
  • Binəqədi rayonu ərazisindəki klinikaların birində orada işləyən qadının pulqabısını oğurlamaqda şübhəli bilinən B.Rüstəmov saxlanılmışdır 27.01.2022
  • Sabunçu rayonu ərazisindəki 10 evdən oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakinləri R.Abdullayev və S.Abdullayev saxlanılmışlar 27.01.2022
  • Nəsimi rayonu ərazisindəki evlərin birindən pul və noutbuk oğurlamaqda şübhəli bilinən E.Mirzəyev saxlanılmışdır 27.01.2022
  • Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini O.Xudaverdiyevdən və onun yaşadığı evdən marixuana, tiryək, metodon həbləri, həmçinin qanunsuz saxladığı silah-sursat götürülmüşdür 27.01.2022
  • Sumqayıt şəhər sakini M.Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən S.İlyasov saxlanılmışdır 27.01.2022
  • Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Hüseynov və E.Niftəliyev saxlanılmışlar 27.01.2022
  • Sumqayıt şəhərinin Corat qəsəbə sakinləri R.Məlikrzayev, A.Quliyev, H.Zahirov və Ə.Abbasovdan heroin və metamfetamin götürülmüşdür 27.01.2022
  • Göyçay şəhər sakini T.Mustafayevdən 85 qram, onun yaşadığı evdən isə 410 qram marixuana götürülmüşdür 27.01.2022
  • Nizami və Nərimanov rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 180-dən artıq sürücü cərimə olunub 27.01.2022
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı Qaradağ və Beyləqan rayonlarında əməliyyatlar keçirib 27.01.2022