Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb

25.01.2022

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın  nəticəsində Səbuhi Quliyevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu məlum olub.
Araşdırma zamanı həmçinin həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib. 
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

25.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır 25.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb  25.01.2022
  • Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi 25.01.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Xudaverdiyev müəyyən edilərək saxlanılmışdır 25.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib 25.01.2022
  • Mağazalardan birinin kassasından 55000 manat pul oğurlamaqda şübhəli bilinən kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılmışdır 25.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Novruzov müəyyən edilərək saxlanılmışdır 25.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakini K.Quliyev müəyyən edilərək saxlanılmışdır 25.01.2022
  • Apteklərin birində kassadan 1300 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri N.İsmayılov və N.Mustafayeva müəyyən edilərək saxlanılmışlar 25.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Almyaşev müəyyən edilərək saxlanılmışdır 25.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Umayev müəyyən edilərək saxlanılmışdır 25.01.2022
  • Ağdaş rayon sakini F.Əfəndizadə saxlanılmışdır 25.01.2022
  • 12 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.İbrahimov saxlanılmışdır 25.01.2022
  • Masazır qəsəbə sakini K.Səfərliyə tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən dayısı Beyləqan rayon sakini B.Mürsəlov saxlanılmışdır 25.01.2022
  • Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Səpnəkəran kənd sakini T.Hüseynov saxlanılmışdır 25.01.2022
  • Cəlilabad rayonunun Ağdaş kənd sakini M.Mirzəyev qanunsuz saxladığı ov tüfəngini könüllü olaraq təhvil vermişdir 25.01.2022
  • Sərxoş vəziyyətdə dənizə düşmüş Qobustan rayon sakini Ü.Nəsirov xilas edilərək xəstəxanaya yerləşdirilmişdir 25.01.2022
  • Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır 25.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 25.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqi həyata keçirilib 25.01.2022
  • Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimə olunub 25.01.2022
  • Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb 25.01.2022
  • Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb 25.01.2022