Goranboy rayonu ərazisində idarə etdiyi avtomobillə saxlanılan rayon sakini E.Bəylərlinin narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir
21.01.2022Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zeynallı kənd sakini Emin Bəylərlinin idarə etdiyi “VAZ-21723” markalı avtomobil şəhər ərazisində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə protokol tərtib edilərək 400 manat məbləğində cərimələnmişdir.