Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb, hadisəni törədən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib

19.01.2022

Yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əmədaşları tərəfindən əraziyə baxış keçirilib. Qısa zamanda qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib. 
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib. Hazırda onun da saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və tanışı paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədi ilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək orada atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və hadisədə iştirak edən digər şəxs əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.  
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanılıb, zərurui istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

19.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılmışdır 19.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 19.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 19.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqi həyata keçirilib 19.01.2022
  • Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığın elektrik naqilini oğurlamaqda və maqnit işəsalıcını sındırmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 19.01.2022
  • Nərimanov rayonunun X.Şuşinski küçəsindəki binaların birindən liftin elektrik qutusunun və mühərrikinin oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əkbərov saxlanılmışdır 19.01.2022
  • Yasamal rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar 19.01.2022
  • Bakı şəhər sakini H.Əhmədzadənin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Qəbələ rayon sakini X.Mustafayev saxlanılmışdır 19.01.2022
  • Bakı şəhər sakini İ.İnçiyevin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Əhmədov saxlanılmışdır 19.01.2022
  • Xəzər rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Qurbanov saxlanılmışdır 19.01.2022
  • Tovuz rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Kərimov və N.Mirzəyev saxlanılmışlar 19.01.2022
  • Salyan şəhər sakini H.Piriyevin yaşadığı evdən 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür 19.01.2022
  • Ağdaş şəhəri ərazisindən G.Baxşalıyevə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini M.Abbasov müəyyən edilərək saxlanılmışdır 19.01.2022
  • Tovuz şəhəri ərazisindən "VAZ-21013" markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Rüstəmov müəyyən edilərək saxlanılmışdır 19.01.2022
  • Qanunsuz saxladığı ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət almış Lerik rayon sakini L.Balakişiyev xəstəxanaya yerləşdirilmişdir 19.01.2022
  • Abşeron rayonunda 9 gün əvvəl qadını qətlə yetirərək yol kənarına atan şəxslərdən biri saxlanılıb, hadisəni törədən daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib 19.01.2022
  • Nərimanov rayonunda narkokuryerlik edən aralarında qadın da olan 8 nəfər saxlanılıb 19.01.2022
  • Qaradağ rayonunda restoranda yas məclisi təşkil edən şəxslər inzibati qaydada həbs edilib 19.01.2022