Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.01.2022Yanvarın 18-də saat 16 radələrində Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində Sumqayıt şəhər sakini E.İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarında dayanmış Kiçik Pirəlli kənd sakini İsmayıl Adıgözəlovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Adıgözəlov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.