Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb

18.01.2022

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub. Əməliyyat zamanı paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar. Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 1 kiloqramdan artıq metamfetamin və heroin aşkar edilib. 
Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçıləq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Nəsimi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

18.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 18.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 18.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirib 18.01.2022
  • Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi 18.01.2022
  • Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 18.01.2022
  • Axtarışda olan T.Kapışovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Bakı şəhər sakini K.Şıxəliyevdən axtarış zamanı ondan 790 qram heroin, 33 qrama yaxın marixuana və 9 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır 18.01.2022
  • Evlərin birindən 2500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.İbadullayev saxlanılmışdır 18.01.2022
  • Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini X.Xəlilli saxlanılmışdır 18.01.2022
  • Evlərin birindən 1900 manat dəyərində qızıl-zinət əşyaları və saat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Yusifov saxlanılmışdır 18.01.2022
  • Oğurluq etdiyinə görə tutulmuş C.Qasımovun daha bir evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir 18.01.2022
  • 3 baş inək oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Xanbulaq kənd sakini Ə.Məmmədli saxlanılmışdır 18.01.2022
  • Narkotik vasitə ilə tutulmuş R.Əkbərovun yaşadığı evin həyətinə baxış zamanı oradan tapança aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Salyan rayon sakinləri X.Tarverdiyevdən və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülmüşdür 18.01.2022
  • Nəsimi rayonunda xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb 18.01.2022
  • Bakıda anbardar tanışı ilə birlikdə işlədiyi obyektdən 14 min manatlıq metal-mis ləvazimatlar oğurlayıb 18.01.2022