Respublika sərhəddini pozmuş 2 nəfər öldürlmüş, 3 nəfər isə tutulmuşdur
21.04.2008Aprelin 21-də saat 03.00 radələrində İran İslam Respublikası vətəndaşları ilə cinayət əlaqəsinə girmiş Biləsuvar rayon sakinləri Xanlar Məcidov, əvvəllər məhkum olunmuşlar Zahir Quliyev və Abutalıb Muradov spirtli içkini sərhəd zastavasının ərazisindən qaçaqmalçılıq yolu ilə İrana keçirməyə cəhd göstərmişlər. Bu zaman İran vətəndaşları Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına silahlı müqavimət göstərdiklərindən cavab atəşi ilə onlardan 2 nəfəri öldürülmüşdür. Hadisə yerindən qaçmış Z.Quliyev, X.Məcidov və A.Muradov tutulmuşlar.