Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Z.Cəbrayılovu öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Z.Kazımov tutularaq istintaqa təhvil verilmişdir

07.01.2022

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olmuşdur. 
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. 
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. 
Faktla bağlı cinayət işi başlanılıb. 

07.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır 07.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 07.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 07.01.2022
  • Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Z.Cəbrayılovu öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Z.Kazımov tutularaq istintaqa təhvil verilmişdir 07.01.2022
  • Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində “VAZ-21015” markalı avtomobillə kənd sakini Ə.Məmmədov vurulmuşdur 07.01.2022
  • Şamaxı rayonunun Yeni Muğanlı kənd sakini Ş.İslamovdan 450 qram marixuana götürülmüşdür 07.01.2022
  • Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisindəki obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Y.Bayramov saxlanılmışdır 07.01.2022
  • Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfərdən 7 kiloqramdan artıq narkotik vasitə aşkar edilib 07.01.2022