Oğurluq etməkdə şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır
06.01.2022Biləsuvar RPŞ-yə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.