Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır

14.09.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 24-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.